Nutella® "Bizim keyfiyyətimiz" Yoxlama proqramı

Nutella spread

SGS ekspertizası

SGS 1878-ci ildə təsis edilmiş, İsveçrədə yerləşən dünyanın aparıcı təftiş, yoxlama, sınaq və sertifikatlaşdırma şirkətidir. Müstəqil bir xidmət təminatçısı olaraq, SGS səriştə, təcrübə və qlobal əhatə dairəsinə malik dünya miqyaslı sınaq laboratoriyaları şəbəkəsini idarə edir.

"Bizim keyfiyyətimiz" Yoxlama proqramı

NUTELLA® yağının və inqrediyentlərinin spesifik keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq məqsədilə, SGS FERRERO üçün yoxlama proqramı həyata keçirir.

Keyfiyyət standartları könüllü proqram çərçivəsində NUTELLA® tərəfindən təyin,and/.or müəyyən olunan meyarlar əsasında SGS tərəfindən müstəqil olaraq yoxlanılır. Proqram auditləri, laboratoriya analizlərini və bazarın monitorinqini özündə birləşdirir.

Yoxlama Proqramı 4 amilə əsaslanır:

  1. KEYFİYYƏT STANDARTLARI

Keçirilən Yoxlama Proqramının əsaslandığı keyfiyyət standartlarını əks etdirən normativ sənədlərin müəyyən edilməsi. Bu keyfiyyət satndartlarına əsaslanaraq, SGS Standart əməliyyat proseduru yaratmışdır.

  2. AUDİTLƏR

SGS auditorları tərəfindən həyata keçirilən yoxlama fəaliyyətləri FERRERO-nun Yoxlama   Proqramında müəyyən edilən keyfiyyət standartlarına uyğunluğu uzunmüddətli perspektivdə təmin etmək üçün bütün zəruri tədbirləri yerinə yetirdiyini təsdiqləyirlər. Audit fəaliyyəti iki mərhələdən ibarətdir:

Baş ofis: Təchizatçı seçimi və nəzarət meyarlarını yoxlamaq və NUTELLA® "Bizim keyfiyyətimiz" Yoxlama proqramında müəyyən edilmiş keyfiyyət standartlarına zəmanət məqsədilə elan edilmiş illik audit.

İstehsal fabrikləri: dünyada NUTELLA® istehsal olunan bütün fabriklərdə elan olunmuş və elan olunmamış illik auditlər. Bu auditlər zamanı SGS, istehsalın hər bir mərhələsi - daxil olan xammaldan hazır məhsula qədər - FERRERO tərəfindən müəyyən edilmiş nəzarət planının yerinə yetirildiyini yoxlayır.

  3. SINAQ

Müəyyən edilmiş keyfiyyət standartlarına uyğunluğu yoxlamaq məqsədilə müstəqil laboratoriyalarda aparılan analizlər. Bu analizlər NUTELLA® istehsal edən hər bir fabrikdən götürülmüş inqrediyent və hazır məhsullar üzərində aparılır.

  4. BAZAR MONİTORİNQİ

Sınaq və etiket yoxlaması məqsədilə satış nöqtələrindən təsadüfi seçmə əsasında məhsul nümunələrinin götürülməsi.

Keyfiyyət standartların yoxlanması

NUTELLA® yağının və inqrediyentlərinin keyfiyyətinə təminat məqsədilə SGS müəyyən keyfiyyət xüsusiyyətlərini yoxlayır.

 

×

NUTELLA®, FERRERO-nun qeydiyyatdan keçmiş ticarət nişanıdır.